AZ

Xəzərdə güclü zəlzələ ilə bağlı FHN dən AÇIQLAMA FOTO

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.04.2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub".

Oxu.Az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

Qeyd olunur ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

13:47

Xəzər dənizində növbəti dəfə zəlzələ olub.

Oxu.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələnin maqnitudası 3.2, dərinliyi 20 km olub.

Bunun ardınca Xəzər dənizində daha bir silkələnmə qeydə alınıb. Bu dəfə zəlzələnin maqnitudası 3, dərinliyi 21 km olub.

13:18

Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ yerli vaxtla 13:05-də, 35 kilometr dərinlikdə baş verib.

Yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
49
oxu.az

10Mənbələr