AZ

Mərkəzi Kəşfiyyat İdarəsi İranda pilotu xilas etmək üçün gizli texnologiyadan istifadə edib

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) "Ghost Murmur" adlı gizli texnologiyadan istifadə edərək İranda vurulan qırıcının pilotunu tapa bilib.

Missiya.Az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, sistem kvant maqnitometriyası və süni intellektdən istifadə edərək insan ürək döyüntüsünün elektromaqnit siqnalını aşkarlamağa və onu fon səs-küyündən ayırmağa imkan verir.

Texnologiyanın qırıcının qəzaya uğramasından sonra gizlənən pilotun yerini müəyyən etməyə kömək etdiyi qeyd olunub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr