AZ

PFL 2-ci liqa matçının iki saat gec başlamasının səbəbini dedi

"Araz Saatlı" futbol üzrə ölkə çempionatının 2-ci liqasının 21-ci tur oyununda böyükhesablı qələbə qazandı. "Doğma divarlar" arasında "Ağstafa Gəncləri"ni darmadağın edən komanda (7:1) bu qələbə sayəsində ağstafalılara bir addım yaxınlaşdı.

İş ondadı ki, saat 15.30-da Saatlı Olimpiya İdman Kompleksinin stadionunda start götürməsi nəzərdə tutulan oyun iki saat gec başlayıb. Bunun səbəbini öyrənmək üçün Peşəkar Futbol Liqasının Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:

"Sizə də məlumdu ki, 2-ci liqa yarıpeşəkardı. Buna baxmayaraq, PFL olaraq, bu yarışa da digər liqalarla bərabər münasibət göstərilir. Bizim də, burdakı klubların da istəyi həmişə matçların keçirilməsidi. Oyunun keçirilməsi ilə bağlı texniki problemlərin aradan qaldırılması, tam rahat şəraitin yaradılması üçün iki klubun da razılığı ilə oyunun gec başlamasına qərar verilib".

Bizdə olan bilgiyə görə, yubanmanın səbəbi “təcili yardım” maşınının vaxtında gəlməməsidi.

KƏNAN BAHADIR
Seçilən
29
1
football-plus.az

2Mənbələr