Köklükdən əziyyət çəkən icra başçısı özünü xeyli arıqladıb.
O, hələ gənc yaşlarından kök bədən quruluşuna sahib olub. Son fotolarından məlum olur ki, 55 yaşlı icra başçısını əvvəlki formasından əsər-əlamət qalmayıb. X.Aslanov xeyli arıqlayıb.
Qeyd edək ki, Aslanov Xəzər Qəşəm oğlu 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük sovxozunda fəhlə kimi başlayıb və 1988-ci il tarixə kimi həmin müəssisədə çalışıb. 1988-ci ildə Bakı şəhər Məhkəməsində katib işləyib, 1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olub.
2012-ci ilin aprelindən Xızı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Bəzi məlumatlara görə, X.Aslanovun ali təhsili yoxdur.
Onun Xızı Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən tərcümeyi-halında da ali təhsili barədə heç bir qeyd yoxdur./Yeni Sabah

