AZ

Birinci Türkoloji Qurultay Türk dünyasının ortaq elmi və mədəniyyəti tarixində zirvə nöqtəsidir VİDEO

Bakı, 8 aprel, AZƏRTAC

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının ortaq elmi və mədəniyyəti tarixində zirvə nöqtəsidir. Həmin dövrə qədər türkoloqları bu miqyasda bir araya gətirən hadisə olmayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransında deyib.

O bildirib ki, 100 il əvvəl Bakıda atılan cəsarətli addımlar bu gün Türk dünyasının birliyinin elmi pasportu kimi dəyərləndirilə bilər: “Bu irsə sahib çıxmaq isə hər birimizin mənəvi borcudur. Azərbaycan Milli Elmlər Akademiyasında və digər elmi müəssisələrdə, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Universitetdə yaradılmış Türkologiya mərkəzində bu elmin tarixi və əsas istiqamətləri üzrə tədqiqatlar aparılır”.

Müxbir – Aysel Azadqızı
Fotoqraf – Tofiq Babayev
Videooperator – İlham Nadirov
Seçilən
10
2
azertag.az

3Mənbələr