AZ

Hande Erçelin test nəticəsi açıqlanıb

Məşhur aktrisa Hande Erçel haqqında aparılan istintaq çərçivəsində keçirilən məhkəmə-tibbi narkotik testinin nəticəsi məlum olub.

Azreform.info xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza İnstitutu tərəfindən aparılan testlərdə Erçelin narkotik maddə istifadəsinə dair heç bir izə rast gəlinmədiyi və nəticənin neqativ olduğu bildirilib.

Bundan əvvəl, aktrisa ifadəsində həyatının heç bir dövründə narkotik və ya stimullaşdırıcı maddə istifadə etmədiyini bildirib və haqqında irəli sürülən iddiaları təkzib edib. O, mediada yayılan xəbərlərə görə məyus olduğunu da qeyd edib.

Həmidə İbrahimova

Seçilən
24
1
azreform.info

2Mənbələr