AZ

Böyükşor Pirşağı yolu aylardır işıqsız qalıb Sürücülərdən şikayət VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Böyükşor-Pirşağı avtomobil yolunda işıqlandırma sisteminin işləməməsi sürücülərin narazılığına səbəb olub.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videogörüntü göndərərək məlumat verib. Kadrlardan aydın görünür ki, yolboyu quraşdırılmış işıq dirəklərinin heç biri fəaliyyət göstərmir və ərazi tam qaranlıq vəziyyətdədir.

Şikayətçinin sözlərinə görə, problem bir neçə aydır davam edir. Xüsusilə gecə saatlarında bu istiqamətdə hərəkət edən sürücülər ciddi çətinliklərlə üzləşir. İşıqlandırmanın olmaması səbəbindən bəzi nəqliyyat vasitələri işıq cihazlarından düzgün istifadə etmir ki, bu da yol hərəkəti üçün əlavə risk yaradır.

Qeyd edək ki, sözügedən yol 2024-cü ildə istifadəyə verilib və açılış mərasimində ölkə rəhbərliyi iştirak edib.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
avtosfer.az

1Mənbələr