Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Ümumi praktik həkim Əmir Xan nahar zamanı edilən geniş yayılmış səhvlərdən biri ilə bağlı xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, onun tövsiyələri "Daily Mirror" nəşrində dərc olunub.
Həkim insanları qidaları plastik qablaşdırmalarda saxlamaqdan və xüsusilə də həmin qabların içində mikrodalğalı sobada qızdırmaqdan çəkinməyə çağırıb.
“Demensiya, yuxu arteriyaları və mikroplastiklə bağlı araşdırmalarla tanış olduqdan sonra artıq yeməyi plastik qabda mikrodalğalı sobada qızdırmıram. Bu, mütləq zərərlidir deyə yox, amma zərər verə bilər”, – deyə o bildirib.
Həkimin sözlərinə görə, qidaların sadəcə plastik qablarda saxlanması belə yeməyə mikroplastik hissəciklərin keçməsi riskini artırır. Mikrodalğalı sobada qızdırma zamanı isə bu risk daha da yüksəlir.
“Plastik daha qeyri-sabit hala gəlir və onun hissəcikləri yediyiniz qidaya qarışır”, – deyə o əlavə edib.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.