AZ

“Barselona” hücumçusu ilə yolları ayırır

“Barselona” mövsümün sonunda futbolçusu Ferran Torreslə yolları ayıracaq.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi bu barədə futbolçuyla danışıq aparıb. İspaniyalı hücumçunun çıxışı məşqçilər korpusunu qane etmir.

Bu səbəbdən də komandadan göndəriləcək. Torres bu mövsüm “Barselona”nın heyətində keçirdiyi 41 oyunda 16 qol vurub, 1 qol ötürməsi edib.

Seçilən
11
idmanxeber.az

1Mənbələr