AZ

GECF: Azərbaycan Avropaya qaz təchizatının şaxələndirilməsində rolunu möhkəmləndirib

Apa.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə sabit qaz təchizatını təmin etməklə Cənub-Şərqi Avropa üçün qaz təchizatının şaxələndirilməsində əsas tərəfdaş kimi rolunu möhkəmləndirib.

Bu barədə “APA-Ecoomics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) illik hesabatına (Qaz Bazarı üzrə İllik Hesabat - 2026) istinadən xəbər verir.

Hesabata əsasən, 2025-ci ildə Avrasiya üzrə qaz hasilatı 1,8% azalaraq 868 mlrd. kubmetr təşkil edib (Şəkil 91). Bu azalma əsasən Rusiyada hasilatın aşağı düşməsi ilə bağlı olub.

“Rusiya dünyada ikinci ən böyük qaz istehsalçısı olaraq qalmaqla yanaşı, Avrasiyada ümumi hasilatın 77%-ni təmin edərək regional bazarda dominant mövqeyini qoruyur. Rusiyadan sonra regionun qaz mənzərəsi Türkmənistan, Özbəkistan, Azərbaycan və Qazaxıstanın birgə töhfələri ilə formalaşıb”, - hesabatda qeyd olunur.

Hesabatda bildirilir ki, ötən il Azərbaycanda qaz hasilatı 2,4% artaraq 39 mlrd. kubmetrə çatıb. Bu artım əsasən ölkənin aparıcı dəniz yataqlarında sabit hasilat hesabına təmin olunub. Hasilatın əsas hissəsi 27,9 mlrd. kubmetr ilə “Şahdəniz” yatağının, həmçinin 3,5 mlrd. kubmetr ilə “Azəri-Çıraq- Günəşli” (ACG) blokunun payına düşüb. Eyni zamanda, “Abşeron” qaz yatağında hasilat ilkin mərhələdə 7% artaraq 1,6 mlrd. kubmetrə yüksəlib.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
apa.az

4Mənbələr