Misli Premyer Liqasının XXVI turunun "Qarabağ” – "Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb. Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.
Azreform.info Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/22 mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də "Qarabağ” "Şamaxı”nı 8 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.