Suriya hava məkanını açıb və Dəməşq hava limanının fəaliyyətini bərpa edib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
"Suriya yenidən bütün hava dəhlizlərini açıb və hava əlaqəsini bərpa edib; Dəməşq beynəlxalq hava limanının fəaliyyəti bərpa olunub, o cümlədən müntəzəm reyslərin qəbulu və yola salınması normal rejimdə həyata keçirilir", - məlumatda bildirilib.
"Cebheinfo.az"