AZ

Atəşkəsdən sonra Trampdan SƏRT QƏRAR: Bu ölkələrə XƏBƏRDARLIQ ETDİ

ABŞ prezidenti Donald Tramp aprelin 8-dən etibarən İrana silah tədarük edən ölkələrə 50% həcmində tariflərin tətbiq ediləcəyi ilə hədələyib.

Musavat.com xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"İrana hərbi silah tədarük edən ölkə, bu gündən başlayaraq dərhal ABŞ-da satılan bütün mallarına görə 50% rüsuma cəlb olunacaq. Heç bir istisna və ya güzəşt edilməyəcək", - deyə o bildirib.

Tramp həmçinin İran tərəfinin uranın zənginləşdirilməsi ilə məşğul olmayacağını vurğulayıb: "Uranın zənginləşdirilməsi olmayacaq".

O qeyd edib ki, Vaşinqton uran ehtiyatlarının nüvə obyektlərindən çıxarılması üçün Tehranla birlikdə çalışacaq.

"ABŞ İranla birgə işləyərək böyük dərinliklərdə yerləşən bütün nüvə "tozunu" qazıb çıxaracaq", - deyə Tramp əlavə edib.

Bundan əlavə, ABŞ prezidenti İranla atəşkəs danışıqları çərçivəsində Birləşmiş Ştatların İslam Respublikasına qarşı sanksiyaların və rüsumların yumşaldılması imkanlarını müzakirə etdiyini bəyan edib:

"Biz İrana qarşı sanksiyaların və rüsumların yumşaldılmasını müzakirə edirik və bunu davam etdirəcəyik".

Prezident vurğulayıb ki, ABŞ-ın atəşkəs planında təqdim etdiyi 15 bəndin bir çoxu artıq İran hakimiyyəti tərəfindən bəyənilib.

Buna baxmayaraq, daha əvvəl yayılan məlumatlara görə, cümə günü başlayacaq İran və ABŞ danışıqlarının əsasını Amerikanın deyil, İranın təklif etdiyi 10 bəndlik plan təşkil edib.

ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

Musavat.com

Seçilən
13
50
musavat.com

10Mənbələr