AZ

8 yaşlı futbolçu faciəvi şəkildə öldü

"Torino" akademiyasının 8 yaşlı futbolçusu İsmayıl Pistis yol-nəqliyyat hadisəsində faciəvi şəkildə həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.

Hadisə Pasxa bayramı günü, aprelin 5-də baş verib. Pistis atası Marko ilə birlikdə Turin–Pyaçenza avtomobil yolunda motosikletlə hərəkətdə olarkən avtomobil onlara çırpılıb. Zərbədən sonra onlar idarəetməni itirərək qoruyucu baryerə çırpılıblar.

Gənc futbolçunun atası yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

Seçilən
13
publika.az

1Mənbələr