AZ

Tələbə: İxtisasımıza uyğun vakansiyalarla tanış ola bilirik

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 8 aprel, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində informasiya kommunikasiya texnologiyaları ixtisası üzrə təhsil alıram. Bu gün keçirilən əmək yarmarkasına 30-dan çox şirkət qatılıb. Ümid edirəm ki, vakansiyalar üzrə özümə uyğun iş tapacağam.

Bunu AZƏRTAC-a açıqlamasında Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin tələbəsi Leyla Oruc deyib.

O, yarmarkada sığorta agentliyinin müvafiq vakansiyası ilə tanış olduğunu və CV göndərəcəyini deyib: “Agentliyin nümayəndəsi bizə vakansiya barədə məlumat verdi. Təhsil aldığımız mərkəzdə işəgötürənlərin vakansiya təqdim etməsi bizim üçün çox əlverişlidir. Çünki bu minvalla biz əmək bazarında ixtisasımıza uyğun vakansiyalarla yaxından tanış ola bilirik”.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə əmək yarmarkası keçirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş yarmarkada mərkəzin tələbə və məzunları ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları, İctimai İaşə və Xidmət, Mədəniyyət və Sənətkarlıq, Dəmir Yolu və Metropoliten, Turizm və Sosial Xidmətlər, Emal Sənayesi, Tikinti və Quraşdırma İşləri, Aviasiya və Avtomobil Nəqliyyatı, eləcə də Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzlərinin tələbə və məzunları iştirak ediblər.

Müxbir - Günel Türksoy

Fotoqraf - Səfiyar Məcnun

Videooperator - Namiq Abdullayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azertag.az

1Mənbələr