Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə edilmiş ikihəftəlik atəşkəsin ölkəsinin irəli sürdüyü prinsiplərə uyğun olduğunu bildirib.
O, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Pezeşkian Tehranın təklif etdiyi prinsiplər əsasında əldə olunan bu razılaşmanın İran xalqının dəstəyi və həlak olmuş ali lider Əli Xameneinin xatirəsi sayəsində mümkün olduğunu bildirib.
Prezident paylaşımında bildirib: "İranın irəli sürdüyü ümumi prinsiplərə əsaslanan atəşkəs, mərhum liderimiz, böyük Xameneinin tökülən qanının və bütün xalqın birliyinin nəticəsidir".
Pezeşkian həmçinin iranlıları diplomatik fəaliyyət də daxil olmaqla bütün sahələrdə həmrəylik nümayiş etdirməyə çağırıb.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.