AZ

Azərbaycan Serbiya ilə enerji əməkdaşlığını müzakirə edib

Azərbaycan və Serbiya arasında iqtisadi və enerji əməkdaşlığı müzakirə olunub.

SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata əsasən, müzakirələr Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviçlə görüşdə aparılıb.

"Görüşdə ölkələrimizin strateji tərəfdaşlığını və iqtisadi münasibətlərin inkişaf dinamikasını qeyd etdik. Enerji, "yaşıl texnologiya"lar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr barədə müzakirələr apardıq", - nazir qeyd edib.

Görüşdə, bu ilin əvvəlində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğu bildirilib. Azərbaycanda formalaşmış müsbət sərmayə mühiti haqqında məlumat verilib.

Seçilən
1
5
sia.az

6Mənbələr