AZ

Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 17-də MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. 

"Cebheinfo.az" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat xatırladıb ki, Türkmənistan 2026-cı ildə Birliyə sədrlik edəcək.

"Xarici siyasət idarələrinin rəhbərləri aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaq və bu il qeyd olunan MDB-nin 35-ci ildönümü kontekstində əməkdaşlığın prioritet sahələrini müzakirə edəcəklər. Görüşdə xarici siyasət koordinasiyasının gücləndirilməsinə və hüquq-mühafizə, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra qərarların qəbul edilməsi gözlənilir", - deyə Zaxarova qeyd edib.

"Cebheinfo.az"

Seçilən
2
2
cebheinfo.az

3Mənbələr