AZ

İranla atəşkəsdən bir gün əvvəl İstanbulda İsrail konsulluğuna hücum...



Akif Nağı: "Hücumun məqsədi həm İran, həm də beynəlxalq nüfuzla bağlı ola bilər"

İstanbulda İsrail konsulluğunun yaxınlığında silahlı hücum baş verib. Üç nəfər hücum edib və polis ilə qısa müddətli atışma olub. Hadisə zamanı hücum edənlərdən biri öldürülüb, digər ikisi isə yaralanaraq saxlanılıb. İki polis əməkdaşı da yaralanıb. Hücum edənlərin ekstremist qrupla əlaqəli olduğu bildirilir. Konsulluqda həmin vaxt diplomatlar olmayıb. Hadisə terror aktı kimi qiymətləndirilib və araşdırma aparılır.

Bunu kim, hanspı qüvvə və nə məqsədlə törədə bilər?

Bu hadisəni kim törədə bilər və məqsədi nə ola bilər, tam dəqiq demək çətindir, çünki istintaq hələ davam edir. Lakin bəzi ehtimallar var. Hücum edənlərin ekstremist qrupla əlaqəsi olduğu bildirilirsə, bu, ideoloji və ya siyasi motivli bir terror aktı ola bilər. Məqsəd konsulluğa zərər vermək, diplomatik nümayəndələrə təzyiq göstərmək, ictimaiyyətə qorxu salmaq və ya qrupun mesajını yaymaq ola bilər. Hücumun konkret kim tərəfindən təşkil edildiyi və hansı qrupun arxasında olduğu isə araşdırmalar nəticəsində məlum olacaq. Polisin tez reaksiyası sayəsində daha ciddi fəsadların qarşısı alınıb.

Politoloq Akif Nağı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, hətta cinayəti törədənlər ələ keçrildikdə bəzən ifadələri ilə istintaqı yanlış istiqamətə yönəldə bilirlər: “Adətən belə hadisələr baş verəndə iki sual ortaya çıxır. Birincisi, bu hadisə kimə və ya kimlərə sərf edirdi? İsraillə İran arasında böhran həmişə olub. Bu baxımdan terror hadisəsi İran hökumətinə yaxın qüvvələr tərəfindən törədilə bilər. Rəsmi Tehran bununla mesaj verə bilər ki, belə bir savaşa başlamaq imkanları var.

İkincisi, Yaxın Şərqdə baş verən hadisələrin fonunda Türkiyə hakim mövqedədir. Ona görə də Türkiyənin beynəlxalq nüfuzunu aşağı salmaq üçün bu addım atıla bilər ki, ölkə səfirlikləri və diplomatik nümayəndələri yetərincə qoruya bilmir. İran bu baxımdan maraqlı dövlətlər siyahısındadır, amma ərəb ölkələri də bunu təşkil edə bilər.

Eyni zamanda, Türkiyədə fəaliyyət göstərən, İran meylli ekstremist qüvvələrdən biri bunu öz mövqeyini nümayiş etdirmək üçün törədə bilər. Hadisədə bir terrorçunun öldürülməsi, ikisinin isə saxlanılması əməliyyatın o qədər də peşəkar səviyyədə hazırlanmadığını göstərir.

Amma Türkiyənin hüquq-mühafizə orqanları yüksək peşəkarlıq göstərərək sübut etdi ki, onlar öz işinin öhdəsindən layiqincə gələ bilir.”

Dəniz NƏSİRLİ

Seçilən
10
baki-xeber.com

1Mənbələr