AZ

Naxçıvanda mühüm obyektlərin fövqəladə hallara hazırlığı yoxlanılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Naxçıvan, 8 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində “Mühüm və əhəmiyyətli obyektlərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hadisələr o cümlədən yanğın zamanı davranış və təxliyə qaydaları” mövzusunda seminar-müşavirə və məşğələ keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin keçirilməsində məqsəd mərkəzin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın hadisələri ilə bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Tədbirin nəzəri hissəsində çıxış edənlər fövqəladə hallar, o cümlədən yanğın hadisələri zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər.

Eləcə də, yaradılan könüllü yanğın dəstələri və komandalarının fəaliyyəti, onların vəzifələri, qarşılıqlı əlaqədə yanğınsöndürmə və xilasetmə işlərinin həyata keçirilməsində fəaliyyətin əlaqələndirilməsi, Fövqəladə Hallar Nazirliyinin 101 və 112 qaynar telefon xətləri ilə dayanıqlı rabitə əlaqəsinin yaradılması barədə məlumatlar verilib.

Praktiki hissədə rəsmiləşdirmə mərkəzində fövqəladə hadisələr zamanı “xəsarət alanların xilas edilməsi”, ilk tibbi yardımın göstərilməsi, ərazilərdə baş verən “yanğınların” söndürülməsində könüllü yanğın dəstələri və komandalarının Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsi ilə qarşılıqlı əlaqədə fəaliyyətinin əlaqələndirilməsi məşq edilib.

Uğurla keçən məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Müxbir - Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
azertag.az

1Mənbələr