ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 8 aprel, AZƏRTAC
Yevlax Olimpiya İdman Kompleksində yeni cüdo zalı fəaliyyətə başlayıb.
Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılan zal müasir standartlara uyğun tatamilərlə təchiz olunub. Ümumi sahəsi 200 kvadratmetr olan idman məkanında 200 nəfərin cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb. İdmançıların istifadəsi üçün paltardəyişmə otaqları və digər köməkçi sahələr də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası son illərdə ölkənin müxtəlif bölgələrində yeni cüdo zallarının istifadəyə verilməsi, eləcə də mövcud idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir.









Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.