AZ

Azərbaycanda problemli kreditlər artıb - SƏBƏB

Problemli kreditlərin həcminin artmasının bir neçə əsas səbəbi var.

Bunu Day.Az-a açıqlamsında iqtisadçı ekspert Akif Nəsirli deyib. 

İqtisadçı bildirib ki, ilk növbədə borcalanların gəlirlərində azalma və ya işsizlik səviyyəsinin yüksəlməsi onların kredit ödənişlərini vaxtında yerinə yetirməsini çətinləşdirir:

"İkincisi, bəzi kredit şərtlərinin sərt və ya qeyri-realist olması borcalanların yükünü artırır. Üçüncüsü, iqtisadi durğunluq və inflyasiya da borcların geri qaytarılmasını çətinləşdirən amillərdən biridir.

Güzəştlər olaraq, banklar borcalanlara ödəniş müddətini uzatmaq, faiz dərəcələrini azaltmaq və ya müəyyən hissəsini silmək kimi tədbirlər tətbiq edə bilər. Bu, borcalanın maliyyə yükünü azaldır və kreditin daha az problemli olmasına imkan yaradır.

Nəticələr isə qarışıq ola bilər. Güzəştlər borcalanlara müvəqqəti rahatlıq versə də, uzunmüddətli dövrdə bankların likvidliyinə və iqtisadi sabitliyə təsir edə bilər". 

A.Nəsirli qeyd edib ki, əgər problemli kreditlərin həcmi çox artarsa, bu bank sektorunda riskləri yüksəldir, kreditin mövcudluğunu azaldır və iqtisadi artımı yavaşıda bilər:

"Eyni zamanda, düzgün idarə olunarsa, güzəştlər borcalanların maliyyə vəziyyətini sabitləşdirir və iqtisadi aktivliyi qorumağa kömək edir.

Hökumət isə əhalinin gəlirlərinin inflaysiyanı üstələməsini təmin etməlidir. Yeri gəlmişkən, ötən ilki və bu ilin ilk rübündəki yüksək inflyasiyaya baxmayaraq hökumət bu il sosial müdafiə sahəsində hec bir yenilik etməyib".

Seçilən
14
day.az

1Mənbələr