AZ

Azərbaycan və Gürcüstanda sabitlik beynəlxalq investorları cəlb edir – Ekspert

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan və Gürcüstan sabit iqtisadi və siyasi mühit sayəsində investisiyaların cəlb olunması üçün əhəmiyyətli potensiala malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında gürcü iqtisadçı Vaxtanq Çaraya səsləndirib.

Onun sözlərinə görə, istehsal imkanlarının və qarşılıqlı ticarətin strukturunun məhdud olmasına baxmayaraq, inkişafın əsas amili tərəfdaşlığın dərinləşdirilməsi və iki ölkənin şirkətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir.

Proqramın qonağı perspektivli istiqamətlər kimi energetika, maliyyə sektoru və birgə bazarların inkişafını qeyd edib.

O vurğulayıb ki, qlobal qeyri-sabitlik fonunda beynəlxalq investorların regiona marağı nəzərəçarpacaq dərəcədə artıb.

“Azərbaycan və Gürcüstan sabitlik və etibarlı məkan olaraq qəbul edilir. Burada biznes özünü inamlı hiss edə və uzunmüddətli layihələri həyata keçirə bilər ki, bu da nəticə etibarilə iqtisadi artıma və həyat keyfiyyətinin yüksəlməsinə töhfə verir”, – deyə ekspert izah edib.

Müəllif – Tamilla Məmmədova

Seçilən
16
1
azertag.az

2Mənbələr