AZ

ABŞ İran arasında atəşkəs nə qədər çəkəcək? Zərdüşt Əlizadədən PROQNOZ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"ABŞ və İran arasında əldə edilən atəşkəs iki həftə davam edəcək, amma iki həftədən sonra atəşkəs uzadılacaq-uzadılmayacaq bu, tərəflərin əldə etdiyi razılaşmadan asılı olacaq".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi.

"İran öz tələblərini qəbul edilmiş kimi təqdim edir və bunu öz qələbəsi hesab edir. ABŞ Prezidenti Donald Tramp isə Amerikanın tələblərini və əldə etdiyi müharibədəki nəticəni qələbə kimi təqdim edir, İranı darmadağın bir dövlət kimi təsvir edir. Məncə, bir həftədən sonra bilinəcək ki, bu müvəqqəti atəşkəs razılaşmasının davamı olacaq, yoxsa yox. Hər halda, bu müharibə bir daha İsrailin və Amerikanın beynəlxalq hüquqla hesablaşmayan yırtıcı dövlətlər olduğunu sübuta yetirir", - deyə o əlavə etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
redaktor.az

2Mənbələr