Bakı, 8 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Azərbaycan florasının konspekti” mövzusunda aparılan elmi-tədqiqat proqramı çərçivəsində ölkənin florası sistematik tədqiq edilir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Qeyd olunub ki, proqramın yekunu olaraq ilin sonunda “Azərbaycan florasının konspekti” adlı kitab çap olunacaq.
Proqramın rəhbəri biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır.