AZ

Pentaqon rəhbəri: Müctəba Xamenei yaralanıb və eybəcər hala düşüb...

ABŞ müdafiə naziri İranla bağlı sərt bəyanatlar səsləndirib, yeni hədəflərlə bağlı xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset İranla bağlı açıqlamasında Müctəba Xameneinin “yaralandığını və ciddi şəkildə zədələndiyini” iddia edib. O, həmçinin bildirib ki, İran uzun illərdir ABŞ və “azad dünya” üçün təhlükə olub və bu vəziyyətə artıq son qoyulduğunu vurğulayıb.

Heqset çıxışında qeyd edib ki, ABŞ prezidenti Donald Trampın siyasəti nəticəsində İran məsələsində dönüş nöqtəsi əldə olunub. Onun sözlərinə görə, əvvəlki prezidentlər bu problemi yalnız təxirə salıb, lakin Tramp bu istiqamətdə “tarixi addımlar” atıb.

Nazir bildirib ki, əldə olunan razılaşmaya əsasən, İran heç vaxt nüvə silahına sahib olmayacaq. Bu çərçivədə ölkədəki bütün nüvə materiallarının müsadirə ediləcəyi və İran üzərində fasiləsiz beynəlxalq nəzarətin qurulacağı qeyd olunub.

Heqset ABŞ-nin İran siyasətində ardıcıl addımları sadalayaraq, general Qasım Süleymaninin zərərsizləşdirilməsi əməliyyatından başlayaraq, Obama administrasiyasının nüvə razılaşmasından çıxışı və “Gecəyarısı çəkici” əməliyyatı çərçivəsində nüvə obyektlərinə endirilən zərbələri xatırladıb. O əlavə edib ki, son olaraq həyata keçirilən “Epik qəzəb” əməliyyatı ilə ABŞ həlledici hərbi üstünlük əldə edib.

Nazirin sözlərinə görə, bu əməliyyat çərçivəsində 800-dən çox zərbə endirilib və İranın müdafiə-sənaye bazası tamamilə məhv edilib. Eyni zamanda, İran tərəfindən bloklanan Hörmüz boğazının yenidən açıldığı və beynəlxalq ticarətin bərpa olunduğu bildirilib.

Heqset İsrailə xüsusi təşəkkür edərək onu “cəsarətli və etibarlı müttəfiq” kimi qiymətləndirib və digər müttəfiqlərin bu əməkdaşlıqdan nəticə çıxarmalı olduğunu qeyd edib.

Sonda ABŞ müdafiə naziri İranı xəbərdar edib ki, əgər rəsmi Tehran irəli sürülən şərtləri qəbul etməsə, növbəti hədəflər ölkənin elektrik stansiyaları və körpüləri olacaq.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr