Bakı. Trend:
İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Pakistanordusunun komandanı general Asim Munir İsrail tərəfindən İran vəLivanda atəşkəsin pozulması hallarını müzakirə ediblər.
Trend bu barədəİran Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, telefon söhbətində İran xarici işlər naziri SeyidAbbas Əraqçi müharibəyə son qoymaq və regionda sülh və sabitliyinmöhkəmlənməsi üçün Pakistan dövlətinin konstruktiv rolunualqışlayıb.
Tərəflər Pakistan Baş naziri Şahbaz Şərif və İran PrezidentiMəsud Pezeşkianın telefon söhbətini diqqət mərkəzində saxlayıb vətelefon söhbətində əldə olunan razılaşmalarla əlaqədarkoordinasiyaların davam etdirilməsinin əhəmiyyətini qeydediblər.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.