AZ

Səhiyyə Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Səhiyyə sektorunda insan kapitalının gücləndirilməsiistiqamətində görülən işlər çərçivəsində səhiyyə naziri TeymurMusayev V “Yüksəliş müsabiqəsi”nin qalibi Ramil Hüseynzadə iləgörüş keçirib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, görüş zamanı səhiyyə sistemində həyata keçirilənyeniliklər, idarəçilikdə müasir yanaşmalar, rəqəmsal transformasiyavə kadrların inkişaf perspektivləri ətrafında fikir mübadiləsiaparılıb. Nazir gənc mütəxəssisin irəli sürdüyü ideya vətəşəbbüsləri diqqətlə dinləyərək, bu kimi layihələriniştirakçılarının peşəkar yüksəlişinə verilən dəstəyin dövlət üçünprioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Teymur Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi istedadlı vəperspektivli gənclərin üzə çıxarılmasında, həmçinin onların dövlətidarəçiliyində aktiv rol almasına şərait yaradılmasında mühüm roloynayır. O, səhiyyə sahəsində aparılan yeniliklərin uğurlatətbiqində təşəbbüskar və peşəkar kadrların xüsusi əhəmiyyətdaşıdığını vurğulayıb.

Görüş çərçivəsində idarəetmə mexanizmlərinin daha datəkmilləşdirilməsi, tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi vəinnovativ həllərin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb.Sonda nazir qalibə gələcək fəaliyyətində nailiyyətlərarzulayıb.

Səhiyyə
Seçilən
28
6
az.trend.az

10Mənbələr