AZ

Dünya Bankı Azərbaycanda yaxın iki il üçün iqtisadi artım proqnozunu AÇIQLADI

ain.az, Bizim media saytına istinadən bildirir.

Dünya Bankı 2026-cı ildə Azərbaycanda ÜDM-in 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatının aprel buraxılışında deyilir.Yanvar qiymətləndirmələri ilə müqayisədə proqnoz göstəriciləri müvafiq olaraq 0,2 və 0,1 faiz bəndi artırılıb.Bank xatırladıb ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artıb.Dünya Bankının proqnozlarına görə, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3,4 %-ə çatacaq. Hesabatda vurğulanır ki, Azərbaycanda fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin normallaşması, eləcə də neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması 2025-ci ildə iqtisadi artım tempinin 1,4 %-ə enməsinə səbəb olub, bu isə 2024-cü ilin göstəricisindən təxminən üç dəfə azdır.

 

"Ötən il real kreditləşmənin artımı Mərkəzi Asiya və Cənubi Qafqazda sürətli genişlənmə templərinin zəifləməsi fonunda bir qədər yavaşlayıb. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda makroprudensial tədbirlərin sərtləşdirilməsi daha sərt pul-kredit siyasəti (Qazaxıstan və Rumıniyada olduğu kimi) ilə yanaşı, istehlak kreditləşməsini də məhdudlaşdırıb", - bankın hesabatında qeyd olunur.

Ekspertlər qeyd edirlər ki, Azərbaycanda büdcə profisiti karbohidrogen sektorundan daxilolmaların azalması nəticəsində nəzərəçarpacaq dərəcədə azalıb: "Son 20 il ərzində regionun əksər dövlətlərinin iqtisadiyyatı daha az şaxələnib və təbii ehtiyatlardan daha çox asılı hala gəlib. Xüsusilə, Azərbaycanda mədən sektorunun ÜDM strukturundakı xüsusi çəkisi 2020-ci ilə qədər faktiki olaraq dəyişməyib və təxminən 30% təşkil edib ki, bu da 2000-ci illərin əvvəlindəki səviyyəyə uyğundur".Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
4
bizim.media

10Mənbələr