AZ

Ərdoğan və Tramp ABŞ İran atəşkəsini müzakirə ediblər

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığında İranla əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.

Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

"Liderlər regionda baş verən cari hadisələri, ilk növbədə ötən gecə İranla elan edilmiş atəşkəs razılaşmasını müzakirə ediblər. Razılaşmanın əldə olunmasından mənmunluğunu ifadə edən Ərdoğan qeyd edib ki, bütün dünya üçün kifayət qədər mürəkkəb və ağır keçən 40 gündən sonra yaranmış ikihəftəlik fürsət pəncərəsindən davamlı sülh sazişinin bağlanması üçün maksimum səmərəli istifadə etmək və bu prosesin pozulmasına imkan verməmək lazımdır", - deyə məlumatda bildirilir.

Ərdoğan əmin edib ki, Türkiyə dost və qardaş ölkələrlə, ilk növbədə Pakistanla birlikdə münaqişənin nizamlanması istiqamətində göstərilən səylərə bundan sonra da daha fəal dəstək verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
oxu.az

1Mənbələr