Antonio Valensiya çoxlarını təəccübləndirən qərar verib.
"Football-plus.az" xəbər verir ki, Ekvador yığmasının keçmiş yarımmüdafiəçisi karyerasını bərpa edib. 40 yaşlı futbolçu İngiltərə çempionatının 9-cu divizionunda çıxış edən “Vaytenshave Vets” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu komandada tanınnmış futbolçulardan Emil Heski, Daniel Drinkuoter, Stiven Ayrlend, Coleon Leskott və Papiss Sisse də çıxış edirlər.
Valensiya 2021-ci ildə karyerasını başa vurmuşdu. Onun 2009-19-cu illərdə “Mançester Yunayted”də çıxış etdiyini də bildirək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta