AZ

Bu xəbər indi “Qarabağ”da kimin üzünü güldürmür ki..?

Premyer Liqanın 26-cı turunda “Karvan-Yevlax”ı meydana çıxmağa peşman edən (7:0) “Qarabağ” növbəti turda bölgəyə səfər edəcək.

“Köhlən atlar” bu dəfə Şamaxıda yerli komandanın qonağı olacaq.

Ağdamlıların cari mövsümdə şamaxılılarla oyunlarının gərgin keçdiyini, xüsusilə Şamaxıda ciddi müqavimətlə üzləşdiyini nəzərə alsaq, bu dəfəki qarşılaşmanın rahat olmayacağı dəqiqdir.

“Qarabağ”dakıları sevindirən xəbər meydan sahiblərinin oyuna ciddi itkilərlə çıxacağıdır.

Belə ki, “Zirə” ilə qarşılaşmada qırmızı vərəqə alan Dioqo Balau çempiona qarşı oynaya bilməyəcək.

Komandanın “vuran ayağı” Karim Rossi də şənbə günü meydana çıxmaqdan məhrum olub.

İsveçrəli hücumçu “Zirə” ilə görüşdə sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.

Aprelin 11-də Şamaxı şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 15:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
19
sportinfo.az

1Mənbələr