AZ

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Atəşkəsin əldə olunmasında 3 dövlətin – Pakistan, Türkiyə və Çinin rolu olub. Bu 3 dövlət davamlı olaraq müharibəni dayandırmağa və tərəfləri danışıqlara başlamağa təşviq edirdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ və İran arasında bu gün qəbul edilən iki həftəlik atəşkəs razılaşması haqda qeyd edib.

O bildirib ki, tərəflər arasında razılaşma məqsədilə Pakistanda danışıqlar başlaya bilər:

“İslamabad müharibənin davamından ən çox narahat olan ölkələrin başında gəlir. Bunun bir neçə səbəbi var: Birincisi, Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir, ikincisi, müharibədən faydalanmaq istəyən silahlı bəluclar aktivləşə bilər, üçüncüsü, İranın ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra Pakistanın şiə müsəlman icması etiraz aksiyaları keçirdi, ABŞ və İsrailə qarşı şüarlar səsləndirdi.

Pekin də müharibənin dayandırılmasına çalışırdı. AP agentliyinin məlumatına görə, Pekin Tehranı ABŞ-la atəşkəs razılaşmasına inandıra bilib. Buna baxmayaraq, “Blumberq” agentliyinin məlumatına görə, Pekində hesab edirlər ki, ABŞ İran neftinin satışı üzərində nəzarət istəyindən əl çəkməyib və bu siyasət Çinə qarşı yönəlib. Halbuki atəşkəs razılaşmasına görə, Vaşinqton İrana öz neftini satmağa mane olmayacaq. Digər tərəfdən Hörmüz boğazının tankerlərin hərəkəti üçün açılması Çin üçün əhəmiyyətlidir. Hər halda Çin neft ehtiyatlarını artırmağa çalışacaq ki, dünyanın müxtəlif bölgələrindəki müharibələr ölkənin enerji imkanlarını tükəndirməsin”.

Ekspertin fikrincə, Pekin və Moskva bundan sonra İrandakı rejimin müharibədən əvvəlki hərbi gücünün bərpasına çalışacaqlar:

“İran neft əvəzinə Rusiya və Çindən hərbi texnika almağa çalışacaq. Halbuki İranın ötənilki müharibədən sonra Çindən aldığı hava müdafiə sistemləri işə yaramadı. ABŞ və İsrail müharibənin ilk günlərində Çindən alınan hava müdafiə sistemlərini dağıtdılar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
axar.az

4Mənbələr