AZ

Rəsmilər Qubada sürüşmə zolağında: Alternativ yol çəkiləcək FOTO

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rəsmilər aprelin 7-də geniş məsafədə torpaq sürüşməsi baş vermiş Quba-Qonaqkənd yoluna baxış keçiriblər.Bu barədə Bizim.Media-nın yerli bürosuna Quba icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tariyel İbrahimov məlumat verib.

 

O bildirib ki, bu gün Qubanın icra başçısı İlqar Mahmudov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, FHN-nin mütəxəssisləri, xidmət təşkilatlarının rəhbərləri sürüşmə zolağına təkrar baxış keçiriblər:

"Hazırda əhaliyə gediş-gəliş üçün nəzərdə tutulan alternativ yollar üzərində müzakirələr aparılıb. Bir neçə versiya var, onların biri barədə yekdil razılığa gəlib reallaşması təmin olunacaq".Qurum rəsmisi onu da açıqlayıb ki, sürüşmə zolağının o tayında qalmış kəndlərin əhalisi üçün səhiyyə, internet xidməti təmin edilib, tezliklə alternativ yol da sakinlərin istifadəsinə veriləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
bizim.media

3Mənbələr