AZ

İtaliya XİN Livanda italyan sülhməramlılarının güllələnməsindən sonra İsrail səfirini ÇAĞIRDI

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

İsrailin İtaliyadakı səfiri Livanda BMT-nin Müvəqqəti Qüvvələri (UNIFIL) tərkibində xidmət edən İtaliya kontingenti ilə bağlı baş verən insidentə görə İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani hadisə ilə bağlı kəskin mövqe nümayiş etdirərək bildirib: "Mən İsrailin İtaliyadakı səfirinin Livanda baş verən hadisələri izah etməsi üçün çağırılmasını əmr etdim".

İtaliya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ölkəyə məxsus hərbi karvan İsrail ordusu tərəfindən atəşə tutulub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Rəsmi Roma Livanda sülhün qorunması və gərginliyin azaldılması istiqamətində səylərin davam etdiriləcəyini vurğulasa da, sülhməramlıların roluna və onların təhlükəsizliyinə mütləq şəkildə hörmət edilməsini tələb edir.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
redaktor.az

2Mənbələr