AZ

İran Küveytin infrastrukturuna dronlarla hücum edib

BAKI, 8 aprel. TELEQRAF

İran pilotsuz təyyarələrlə Küveytdəki bir sıra infrastruktur obyektlərinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Çərşənbə günü səhər tezdən Küveyt Neft Korporasiyası və Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyinin yurisdiksiyasındakı bir sıra mühüm obyektlər İranın intensiv hücumlarına məruz qalıb. Zərbələr neft obyektləri, üç elektrik stansiyası və duzsuzlaşdırma zavodları da daxil olmaqla bir neçə obyekti hədəf alıb. Bir neçə yerdə yanğın olub" - məlumatda qeyd olunur.

Seçilən
20
teleqraf.com

1Mənbələr