AZ

ABŞ və İran kuryerlər vasitəsilə danışıqlar aparıblar - Atəşkəsin detalları

Hazırda dünyanın diqqəti Yaxın Şərqdəki gərginləşən vəziyyətə yönəlib.

"Unikal" "Axios"a isitnadən xəbər verir ki, dəhşətli proqnozlara və hər iki tərəfin qəti bəyanatlaırna baxmayaraq, Vaşinqton və Tehran iki həftəlik atəşkəsə nail ola biliblər.

Bütün bir sivilizasiyanın məhv edilməsi ehtimalı barədə səs-küylü söhbətlər fonunda mürəkkəb diplomatik oyun fonunda İranın Ali Lideri Müctəba Xamenei kritik vəziyyəti ilə bağlı son xəbərlərə baxmayaraq, müharibə başlayandan bəri ilk dəfə olaraq razılığa doğru irəliləmək üçün yaşıl işıq yandırdı. 

Daha əvvəl Ağ Ev Tehrana ABŞ şərtlərini qəbul etmək üçün son tarix vermişdi ki, bu da artıq yaxınlaşırdı və amerikalıları İsrail qüvvələri ilə birlikdə böyük eskalasiyaya hazırlaşmağa vadar etmişdi

Ölkələrin orduları tam döyüş hazırlığı vəziyyətinə gətirildi, regiondakı bir neçə ölkə isə İrandan sərt cavab gözləyirdi. Donald Tramp özü İranı "sivilizasiyanı məhv etməklə" hədələdi, lakin tərəflər arasında danışıqlar gərgin və xaotik bir atmosferdə olsa da davam etdi.

Saziş sənədləri bir neçə dəfə yenidən yazılıb, Amerika təklifləri kəskin tənqid edilib, vasitəçilər isə iki tərəfin mövqelərini barışdırmağa çalışıblar.

Tehranı xarici işlər naziri Abbas Əraqçi təmsil edib və o, danışıqlar qrupu ilə birlikdə hərbi rəhbərliyi güzəştə getməyə çağırıb.

Bu arada, nəşrin mənbələrinə görə, İran lideri Xamenei İsraildən gələn təhdid səbəbindən kuryerlər vasitəsilə qeydlər ötürərək əlaqə saxlayıb. Onun atəşkəsə razılaşması, əsl "irəliləyiş" olub və bunsuz razılaşma mümkün olmazdı.

Pakistan, Misir və Türkiyədən olan diplomatlar da bu prosesdə mühüm rol oynayıblar.

Bu arada danışıqlar digər səviyyələrdə davam edib. Xüsusilə, ABŞ-ın vitse-prezidenti C.D. Vens danışıqları xaricdən əlaqələndirib, İsrailin Baş naziri isə prosesə təsirini qorumaq üçün Trampla fəal şəkildə əlaqə saxlayıb.

Beləliklə, bir sıra telefon danışıqları və daxili mübahisələrdən sonra Donald Tramp da atəşkəsə razılıq verib və cəmi 15 dəqiqə sonra Amerika əsgərləri geri çəkilmək əmrini aldılar.

Danışıqlardan sonra İran razılaşmaya əməl etməyə və Hörmüz boğazını gəmiçilik üçün açmağa hazır olduğunu təsdiqləyib.

Seçilən
1
1
unikal.az

10Mənbələr