Türkiyə İsrailin Livana qarşı intensivləşən və çox sayda itkiyə səbəb olan hücumlarını pisləyib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub.
XİN-dən qeyd edilib ki, sözügedən hücumlar Livandakı humanitar vəziyyəti daha da ağırlaşdırır.
"Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasına güclü dəstəyimizi bir daha bildiririk", - Türkiyə xarici siyasət idarəsindən bildirilib.