AZ

İrandan partlayış xəbərləri: Tehrandan Gilanadək…

ABŞ ilə İran arasında müvəqqəti atəşkəsin icrası ilə eyni vaxtda, İran daxilində bəzi media və istifadəçilər tərəfindən bir neçə şəhərdə partlayış səsləri və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti barədə məlumatlar yayılıb. Musavat.com bildirir ki, bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Yayılmış xəbərlərə əsasən, çərşənbə günü, axşam saatlarında paytaxt Tehranın müxtəlif bölgələrində, o cümlədən şəhərin qərb hissəsində hava hücumundan müdafiə səsləri eşidilib və Seyidxəndan ərazisində bir neçə partlayış qeydə alınıb. Bəzi mənbələr paytaxtda müdafiə sistemlərinin geniş fəaliyyət göstərdiyini də bildirir. Günaz.tv bildirir ki, eyni zamanda sosial şəbəkələrdə və bəzi media qurumlarında İsfahan şəhərində partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb. “Mehr” xəbər agentliyi də öz mənbələrinə istinadən bu şəhərdə “iki partlayış”ın baş verdiyini bildirib, lakin əlavə detallar açıqlanmayıb.

Gilan vilayətindəki bəzi istifadəçilər isə Rəşt şəhərində bir neçə partlayış səsinin eşidildiyini bildiriblər. Həmçinin Lavan neft emalı zavodu və Siri adasında partlayışların baş verdiyi ilə bağlı məlumatlar yayılıb, lakin bu məlumatların heç biri müstəqil şəkildə təsdiqlənməyib.

Rəsmi açıqlamalara görə, ABŞ ilə İran arasında iki həftəlik atəşkəs bu günün ilk saatlarından qüvvəyə minib və İran ərazisinə hücumların dayandırılmasını nəzərdə tutur.

Bütün bu məlumatların geniş yayılmasına baxmayaraq, hadisələrin mahiyyəti ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib və vəziyyət qeyri-müəyyən olaraq qalır. Atəşkəs tərəfləri arasında görüşün 10 apreldə Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilir.

Musavat.com

 

Seçilən
1
44
musavat.com

10Mənbələr