Belçika xarici işlər naziri Maksim Prevo bildirib ki, o, özünün və nümayəndə heyətinin yerləşdiyi Belçika səfirliyindən cəmi bir neçə yüz metr aralıda baş verən İsrailin Beyruta növbəti hücumunda, az qala, yaralanacaqdı.
"Unikal" xəbər verir ki, Prevo bu barədə "X"də yazıb.
"Livan prezidentinin İsraillə atəşkəs danışıqlarına başlamaq təklifini alqışlamağa vaxtım olmamışdı ki, İsrail heç bir xəbərdarlıq etmədən münaqişənin başlanğıcından bəri ən güclü hücumlardan birini həyata keçirdi. Mövcud məlumata görə, yüzlərlə mülki şəxs yaralanıb. Nümayəndə heyətimlə birlikdə raket zərbələri endirilən yerdən cəmi bir neçə yüz metr aralıda səfirlikdə idik", - deyə Prevo bildirib.
O, İsrailin hərəkətləri ilə bağlı şərh verməyib.