AZ

Ulduz oyunçunun durumu açıqlandı: Məcbur oynayacaq?

“San-Antonio Spörs”ün mərkəz oyunçusu Viktor Vembanyama 2025/26 mövsümündə NBA-nın müntəzəm çempionatında yenidən meydana qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tibbi müayinə göstərib ki, 22 yaşlı fransız basketbolçu “Filadelfiya Siksers”in forvardı Pol Corc ilə toqquşmadan sonra ciddi zədədən yayınıb.

Mövsümün ən yaxşı müdafiəçisi adına əsas namizədlərdən biri və MVP mükafatına iddialı olan Vembanyama, mövsümsonu fərdi mükafatlara namizədliyini qorumaq üçün qalan üç oyundan birində ən azı 20 dəqiqə oynamalıdır.

Seçilən
20
13
publika.az

10Mənbələr