AZ

"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub

"Paşa Holding"in rəhbərliyində daha bir vəzifəyə təyinat olub.

Holdinqdən Marja.az-a verilən məlumata görə, Baş icraçı direktorun müavini Rövşən Allahverdiyev daha bir yüksək vəzifəyə "Strategiya və Dövlət Qurumları ilə Əlaqələr üzrə Baş İnzibatçı" vəzifəsinə də təyin olunub.

Hazırda Rövşən Allahverdiyev "PAŞA Holding"də Korporativ Bankçılıq və Sığorta üzrə Direktor, "PAŞA Bank Azərbaycan"da Müşahidə Şurasının sədri, "PAŞA Sığorta"da Müşahidə Şurasının sədri, "PAŞA Həyat Sığorta"da Müşahidə Şurasının sədri və "PAŞA Bank Türkiyə"də Müşahidə Şurasının üzvü, "PAŞA Bank Gürcüstan"ın Müşahidə Şurasının Sədri və "PASHA Technology" şirkətinin Müşahidə Şurasının Sədri vəzifələrini də icra edir.

O əvvəllər “Qafqaz İnkişaf Bankı”nda Departament direktoru, “Texnikabank”da filial müdiri, “Kapital Bankda” filial müdiri, “PAŞA Bank Azərbaycan”da İdarə Heyəti sədrinin müavini, “Kapital Bank”da Baş İcraçı Direktor və Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

 

 

Paşa Holding Rövşən Allahverdiyev Paşa Holding təyinat Strategiya və Dövlət Qurumları ilə Əlaqələr üzrə Baş İnzibatçı Paşa Holding rəhbərlik Paşa Holding baş icraçı direktorun müavini PAŞA Bank Azərbaycan Paşa Bank Azərbaycan Müşahidə Şurasının sədri PAŞA Sığorta PAŞA Həyat Sığorta PAŞA Bank Türkiyə PAŞA Bank Gürcüstan PASHA Technology Azərbaycan bank sektoru bank rəhbər təyinatı maliyyə sektoru xəbərləri Rövşən Allahverdiyev kimdir Kapital Bank Texnikabank Qafqaz İnkişaf Bankı Azərbaycan bank rəhbərləri Paşa Holding xəbərləri
Seçilən
17
1
marja.az

2Mənbələr