AZ

Tramp İranı hədələdi: Əməl etməsəniz...

ABŞ prezidenti Donald Tramp İrana qarşı təhdid səsləndirərək bildirib ki, əgər Tehran razılaşmalardan imtina edərsə, Vaşinqton əvvəlkindən daha genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq.

Publika.az xəbər verir ki, o, bunu sosial media platforması “TruthSocial”da yazıb:

"Əgər hər hansı səbəbdən razılaşma baş tutmazsa, baxmayaraq ki, bu ehtimal azdır, onda hücum əvvəlkindən daha böyük, daha mürəkkəb və daha güclü şəkildə başlayacaq".

Tramp daha əvvəl ABŞ qüvvələrinin müqavilənin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacağını bildiribmişdi.

Seçilən
14
28
publika.az

10Mənbələr