AZ

Ağdamda “Dövlət din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans keçiriləcək

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans keçiriləcək.

Tədbirdə Dövlət Komitəsinin və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı gözlənilir.

Konfransın məqsədi mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri, habelə hüquqi və institusional mexanizmlərin gücləndirilməsi və profilaktik tədbirlərin müzakirəsindən ibarətdir. Bununla yanaşı, konfransda maarifləndirmə işinin prioritetləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində “Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri" və “Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi” mövzular üzrə panellər də təşkil olunacaq.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
3
icma.az

4Mənbələr