AZ

İspaniya ABŞ-ni Avropa üçün təhlükə hesab edir

BAKI, 9 aprel. TELEQRAF

İspaniya vətəndaşlarının yarıdan çoxu ABŞ-ni Avropa üçün təhlükə hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin ölkədə keçirdiyi sorğuya görə, ispanların 51 faizi ABŞ-ni təhdid, 16 faizi isə Avropaya rəqib hesab edir. İspan respondentlərin yalnız 13 faizi Vaşinqtonu tərəfdaş, 17 faizi isə yaxın müttəfiq hesab edir. Amerikanın təhdid olması ilə bağlı fikrini italyanların 46, belçikalıların 42, fransızların 37, almanların 30, polyakların isə 13 faizi bölüşüb.

İspaniyadan olan respondentlər də Avropanın müstəqilliyinin genişləndirilməsinə böyük maraq göstəriblər, onların 94 faizi bu konsepsiyanı dəstəkləyir. Bütün respondentlərin 87 faizi daha müstəqil Avropaya üstünlük verib. “Politico” qeyd edir ki, bu, avropalıların digər böyük güclərin verdiyi qərarlara qarşı həssaslıqla bağlı narahatlığını əks etdirir.

Sorğu 13-21 mart tarixlərində “Politico”nun sifarişi ilə “Cluster” tərəfindən aparılıb. Sorğuda İspaniya, Belçika, Almaniya, İtaliya, Fransa və Polşadan olan 6698 respondent iştirak edib.

Seçilən
9
1
teleqraf.com

2Mənbələr