AZ

Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı xeyli artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz artaraq, 71 milyon 254 min 54 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 146,3 faiz artaraq, 36 milyon 919 min 14 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə artmayaraq, 1 milyard 477 milyon 361 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 4 milyard 229 milyon 159 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 17 milyard 964 milyon 404 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
4
49
turkic.world

10Mənbələr