AZ

Gürcüstanda bəzi beynəlxalq əhəmiyyətli yollarda məhdudiyyətlər tətbiq edilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 9 aprel, AZƏRTAC

Gürcüstanın dağlıq ərazilərində əlverişsiz hava şəraiti səbəbindən bir sıra yerli və beynəlxalq əhəmiyyətli yollarda hərəkət məhdudlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Departamenti məlumat yayıb.

Bildirilir ki, buna Gürcüstanda müşahidə olunan çətin meteoroloji şərait səbəb olub. Məlumata görə, çovğun və məhdud görünürlük səbəbindən Koda–Partskhisi–Manglisi–Tsalka–Ninotsminda avtomobil yolunun 94–110-cu kilometrləri (Paravni aşırımı) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib. Həmin yolun 110–146-cı kilometrlərində isə qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir, digər nəqliyyat vasitələri üçün hərəkət sərbəstdir.

Eyni zamanda, intensiv qar yağışı, yolların buz tutması səbəbindən beynəlxalq əhəmiyyətli Axaltsixe–Ninotsminda, Axalkalaki–Kartsaxi avtomobil yollarında qoşqu və yarımqoşquların hərəkəti müvəqqəti olaraq qadağan olunub, digər nəqliyyat vasitələrinin hərəkəti isə davam edir.

Bundan əlavə, güclü qar yağışı ilə əlaqədar Kutaisi (Motsameta)–Tkibuli–Ambrolauri avtomobil yolunun 39–60-cı kilometrləri (Nakerala aşırımı) hissəsində də qoşqu və yarımqoşquların hərəkətinə məhdudiyyət tətbiq edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
azertag.az

1Mənbələr