AZ

Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anılır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tbilisi, 9 aprel, AZƏRTAC

Gürcüstanda 9 Aprel hadisələrinin 37-ci ildönümü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Dövlət və hökumət rəsmiləri, gürcü xalqı, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi tələbi ilə keçirilən dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarcasına dağıdıb. Nəticədə 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.

Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir. Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Şota Rustaveli prospektində, Gürcüstan parlamentinin binası qarşısındakı memorial abidə önündə anılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
azertag.az

3Mənbələr