AZ

Şimali Koreya taktiki ballistik raket və elektromaqnit silahlarını sınaqdan keçirib

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şimali Koreya yeni silah növlərini, o cümlədən kaset başlıq daşıyan taktiki ballistik raketi və radioelektron mübarizə sistemlərini sınaqdan keçirdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat vrib.

Dövlət mediasının məlumatına görə, "Hvasonpho-11 Ka" tipli raket 7 hektara qədər ərazini əhatə edən hədəfləri vurmaq qabiliyyətinə malikdir və orada olan “hər şeyi külə çevirə bilər”.

Şimali Koreya həmçinin elektromaqnit silahları və “karbon bombaları” üzərində işlədiyini bildirir. Bu silahlar hərbi texnikanın elektronikasını sıradan çıxara, enerji şəbəkələrinin fəaliyyətini poza və sənaye infrastrukturuna zərbə endirə bilər.

Ekspertlər qeyd edirlər ki, bu sistemlər müasir texnikanı, o cümlədən "F-35A" qırıcısını və "Aegis" sistemli gəmiləri neytrallaşdıra biləcək potensiala malikdir.

Cənubi Koreya rəsmiləri təsdiq ediblər ki, Pxenyan son bir neçə gün ərzində bir sıra raket sınaqları keçirib. Analitiklər bunu artan gərginlik fonunda yeni imkanların nümayişi və həm müttəfiqlərə, həm də rəqiblərə siqnal kimi qiymətləndirirlər.

Şimali Koreya ucuz silah istehsalına üstünlük verir ki, bu da arsenalın sürətlə artırılmasına imkan yaradır. Eyni zamanda, Pxenyan müasir müharibələrin təcrübəsini nəzərə alır, xüsusilə Ukrayna və Yaxın Şərqdə, burada dronlar, infrastruktur zərbələri və REB vasitələri əsas rol oynayır.

Yeni irəliləyişlər Cənubi Koreyanın müdafiəsini ciddi şəkildə çətinləşdirə bilər, çünki raketlər, elektromaqnit silahları və enerji şəbəkələrinə hücumların kombinasiyası assimmetrik təhlükə yaradır.

Bu fonla diplomatik fəallıq artır. Gözlənilir ki, Çin Xarici İşlər Naziri Pxenyana səfər edəcək və həmçinin Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında mümkün danışıqlar keçirilə bilər.

Bildirilir ki, Şimali Koreya ehtimal ki, raket və peyk buraxılışı üçün əsas obyektlərindən birinin yaxınlığında bir neçə yaşayış məntəqəsini dağıdıb, bu da infrastrukturun genişləndirilməsi planlarının əlaməti ola bilər. Bu bölgədə təhlükəsizliklə bağlı narahatlığı artırır, xüsusilə İran münaqişəsinin uzanması fonunda.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
icma.az

1Mənbələr