“Neftçi” hücumçusu Bassalu Sambunun son durumu müəyyənləşib.
İdmanxeber.az-a verilən məlumata görə, futbolçu fərdi məşqlərə başlayıb. O, komandadan ayrı çalışır.
Sambunun “Araz Naxçıvan”la görüşdə oynayıb-oynamayacağı bəlli deyil. Futbolçunun bu matçı da buraxmaq ehtimalı var.
Xatırladaq ki, Sambu ötən tur “Sumqayıt”la oyunu kənardan izləmişdi.